"Koronavirus xəstəliyinin antibiotiklərlə müalicəsi doğru deyil və bunun ciddi təhlükəsi var”.
AZXEBER.COM xəbər verir ki, bunu TƏBİB-in Dərman və tibb vasitələrinin planlaması şöbəsinin müdiri Elmin Quliyev deyib.
Onun sözlərinə görə, bəzən insanlar bədən temperaturunu aşağı salmaq üçün antibiotikdən istifadə edirlər: "Qeyd edim ki, antibiotik qızdırmanı aşağı salmır. Sadəcə qızdırmaya səbəb olan bakteriyalar məhv edilir. Yaxud da antibiotiklərdən ağrıkəsici kimi də istifadə olunur. Bu da yanlış düşüncədir. Koronavirus pandemiyası zamanı COVID-19 xəstələrinə o halda antibiotik tövsiyə edilir ki, onun yanaşı gedən ciddi xəstəlikləri olur. Bu da təbii ki, həkim tövsiyəsi əsasında icra olunur. Evdə açılıb istifadə olunan və flakonda qalan antibiotikin digər ailə üzvlərinə vurulması yolverilməzdir”.