Şöbələr ləğv edildi - Nazirdən yeni təyinat

Şöbələr ləğv edildi - Nazirdən yeni təyinat
SOSİAL
11:13 22.05.2025
501
Maliyyə naziri Sahil Babayev qurumda islahatlara start verib.

AZXEBER.COM Bizim.Media-ya istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin rayonlardakı şöbələri ləğv edilib və regional idarələr yaradılıb.

Nazirliyin Şimal bölgəsində - Qusar şəhərində Quba-Xaçmaz Regional Maliyyə idarəsi yaradılıb.

Quba, Şabran, Siyəzən, Xaçmaz və Qusar Maliyyə şöbələri ləğv edilərək Qusarda yerləşən regional idarədə birləşib.

Hazırda Quba-Xaçmaz Regional Maliyyə idarəsində təşkilati işlər görülür.

Kamran Əmirov Quba-Xaçmaz Regional Maliyyə idarəsinin rəis əvəzi təyin edilib, onun öz vəzifəsi isə qurumun rəis müavini postudur.
OXŞAR XƏBƏRLƏR