"Səba" ləğv olunur

"Səba" ləğv olunur
SOSİAL
10:53 11.10.2024
336
"Səba" ASC-nin səhmdarlarının oktyabrın 28-də saat 15:00-a təyin edilmiş növbədənkənar ümumi yığıncağının gündəliyi dəyişib.

"Report" xəbər verir ki, yığıncağın gündəliyinə səhmdar cəmiyyətin ləğv edilməsi, bununla bağlı Ləğvetmə Komissiyasının yaradılması, qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğvetmənin başa çatdırılması və ləğvetmədən sonra onun aktivlərinin səhmdarlar arasında bölüşdürülməsi barədə, eləcə də "Səba"nın və onun törəmə cəmiyyətləri - "Qarabağ Taxıl" və "Biləsuvar Aqro" MMC-lərin kreditor öhdəliklərini icra etmək və cari təsərrüfat fəaliyyətlərinin maliyyələşdirilməsini təmin etmək məqsədilə "Qarabağ Taxıl"ın mülkiyyətindəki Kürdəmir və Ağsu rayonlarının ərazilərində yerləşən torpaq sahələrinin və həmin sahələrdəki "Pivot" tipli suvarma sistemlərindən ibarət əsas vəsaitlərinin satılması barədə məsələlər daxil edilib.

Bundan başqa, səhmdarlar əvvəlcədən elan edildiyi kimi aşağıdakı məsələləri də müzakirə edəcəklər:

1. "Səba"nın Direktorlar Şurası barədə;

2. "Səba"nın tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Chicken Pro." MMC-yə kredit öhdəliyinin ötürülməsinə dair əqd barədə;

3. "Chicken Pro."ya məxsus əmlakın ipoteka ilə yüklü edilməsinə dair əqd barədə;

4. "Chicken Pro."nun nizamnamə kapitalındakı "Səba"ya məxsus payların satılmasına dair əqd barədə;

5. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Qarabağ Taxıl"ın "Qarabağ Toxum" MMC-nin nizamnamə kapitalındakı paylarının satılmasına dair əqd barədə;

6. "Qarabağ Taxıl"ın ötən illərin yığılmış mənfəətinə əsasən dividendlərin elan edilməsi barədə;

7. "Səba"nın əvvəllər emissiya edilib yerləşdirilmiş və geri alınmış səhmləri barədə;

8. "Səba"nın birgə təsisçiliyi ilə yaradılmış "Biləsuvar Aqro"nun nizamnamə kapitalındakı payların satılması barədə;

9. "Səba"nın nizamnamə kapitalındakı minoritar səhmdarlara məxsus səhmlərin geri alınması barədə;

10. "Səba"nın Nizamnaməsinin yeni redaksiyası barədə.

Yığıncaq Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabirabaddakı hadisə süni intellekt aparıcını da dəhşətə gətirdi - VİDEO
15:33 06.08.2025
Sabirabaddakı hadisə süni intellekt aparıcını da dəhşətə gətirdi - VİDEO
Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı
15:27 06.08.2025
Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı
Farah yeni sevgilisi ilə tərəf müqabili olacaq
15:24 06.08.2025
Farah yeni sevgilisi ilə tərəf müqabili olacaq
Bu şəxslərə Qarabağa getmək üçün icazə avtomatik veriləcək
15:21 06.08.2025
Bu şəxslərə Qarabağa getmək üçün icazə avtomatik veriləcək
Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib
15:14 06.08.2025
Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib
Vaşinqton görüşündən gözləntilər nədir? - ABŞ Zəngəzur dəhlizinə nəzarətin təmin olunması üçün...
15:11 06.08.2025
Vaşinqton görüşündən gözləntilər nədir? - ABŞ Zəngəzur dəhlizinə nəzarətin təmin olunması üçün...
Lisey və gimnaziyalara seçim prosesi başladı
15:10 06.08.2025
Lisey və gimnaziyalara seçim prosesi başladı
28 il əvvəl yoxa çıxan insan cəsədi tapıldı - Buzluqların altından
14:52 06.08.2025
28 il əvvəl yoxa çıxan insan cəsədi tapıldı - Buzluqların altından
Federasiya prezidenti Arif Məmmədovun ölüm səbəbi bəlli oldu - TƏFƏRRÜAT
14:47 06.08.2025
Federasiya prezidenti Arif Məmmədovun ölüm səbəbi bəlli oldu - TƏFƏRRÜAT
Həyət evi olanların diqqətinə - Bu ərazilərdə kompensasiyasız söküntü başlayır
14:35 06.08.2025
Həyət evi olanların diqqətinə - Bu ərazilərdə kompensasiyasız söküntü başlayır
"Əli Kərimli xalqın faciəsi ilə nəfəs alır, insanların çətinlikləri ilə qidalanır"
14:33 06.08.2025
"Əli Kərimli xalqın faciəsi ilə nəfəs alır, insanların çətinlikləri ilə qidalanır"
Rihannanın üçüncü övladının qız olacağı iddia edilib - FOTOLAR
14:24 06.08.2025
Rihannanın üçüncü övladının qız olacağı iddia edilib - FOTOLAR
Tarixdə bugün - 6 avqust nə günüdür?
14:22 06.08.2025
Tarixdə bugün - 6 avqust nə günüdür?
Fəthiyəyə istirahətə gedən gəncin meyiti tapıldı
14:15 06.08.2025
Fəthiyəyə istirahətə gedən gəncin meyiti tapıldı
Durov "teleqram"a geri qayıtdı
14:07 06.08.2025
Durov "teleqram"a geri qayıtdı
DİN-dən ƏMƏLİYYAT - Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 30 kiloqram narkotik aşkarlandı
14:06 06.08.2025
DİN-dən ƏMƏLİYYAT - Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 30 kiloqram narkotik aşkarlandı