"Səbail" hakimlərin otağını gec təmizlədiyi üçün cərimələnib

İDMAN
20:10 03.10.2022
268
AFFA İntizam Komitəsi "Səbail" klubunu cərimələyib.

AZXEBER.COM xəbər verir ki, buna paytaxt təmsilçisinin əvəzedici komandasının "Qarabağ-2" ilə görüşündə baş verənlər səbəb olub.

"Dənizçilər" hakimlər otağında məşqçisinin oturmasına və yalnız ədalət təmsilçilərinin gəlişindən sonra çıxmasına görə otağın təmizlənməsini bir neçə dəqiqə gözlətdiyi üçün 80 manat ödəyəcək.

Komitə bundan əlavə, "Kəpəz-2"nin məşqçisi Orxan Verdiyevə 5 oyunluq cəza verib. Mütəxəssis MOİK-lə qarşılaşmada hakimlərə qarşı təhqiredici sözlər işlətdiyi üçün cəzalanıb. Gəncə təmsilçisi bunun üçün 400 manat ödəyəcək.

OXŞAR XƏBƏRLƏR