"Səbail" Qvatamelanın qapıçısını transfer etdi, bu ölkədən səhifəyə axın başladı

"Səbail" Qvatamelanın qapıçısını transfer etdi, bu ölkədən səhifəyə axın başladı
İDMAN
23:46 04.09.2020
1088
"Səbail" klubu 4 saat öncə Qvatemala milli komandasının əsas qapıçısı Nikolas Hageni transfer etdiklərini elan edib.
 
AzxeberSport xəbər verir ki, transfer haqda paylaşımdan sonra Qvatemaladan "Səbail"in "facebook" səhifəsinə axın olub. 
 
Klubun qapıçı haqda paylaşdığı 3 posta 17 min like, 3.3 min şərh, 1.5 min paylaşım gəlib.

Səhifənin bəyənmə sayı bir neçə saatda sayı 9 mindən 21 minə qalxıb. Şərhlərdə qvatemalılar "qardaş ölkə”, "əziz Azərbaycan” yazıblar. 
OXŞAR XƏBƏRLƏR