Səbail rayon icra hakimiyyətindən ağac kəsilməsi xəbərinə - REAKSİYA

Səbail rayon icra hakimiyyətindən ağac kəsilməsi xəbərinə - REAKSİYA
SOSİAL
15:29 25.07.2017
1487
 
Xəbər verdiyimiz kimi, Səbail rayonu Badamdar qəsəbəsi Neftçilər küçəsi 7 ünvanında yaşayan sakinlər redaksiyamıza şikayət edib.
 

AZXEBER.COM-a müraciət edən şikayətçilər yaşadıqları binanın qarşısında bir neçə il bundan öncə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən salınan istirahət parkının bir qrup şəxs tərəfindən bərbad vəziyyətə saldığını və həmin ərazidə ağacların kəsildiyini bildiriblər.

Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən Səbail Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov bildirib ki, parkda heç bir ağac kəsilməsindən söhbət belə gedə bilməz: "Yazıda adıçəkilən tikili uzun illər qabaq müvafiq sərəncamla Füzuli rayonundan məcburi köçkün olan şəhid ailəsinə verilib. Kafe Neftçilər prospektində yerləşən parkın içində yerləşir".
 
İsrafil Kərimov qəzalı şəkildə olan obyektin yenidən qurulması üçün icra hakimiyyətinə dəfələrlə müraciət olunduğunu deyib. O hazırda Rayon İcra Hakimiyyəti tərəfindən Badamdar qəsəbəsinin əsas küçəsi olan Badamdar şosesinin sağ və sol kənarlarının müasir dizaynla yenidən qurulduğunu, küçə ətrafındakı obyekt və tikililərin fasadlarının əsaslı təmir olunduğunu bildirib. İcra nümayəndəsinin dediyinə görə, yeni layihə əsasında köhnə qəzalı obyekt sökülərək yerində yenisi tikilir.
 
Müdir müavini parkda ağacların kəsilməsinə də öz münasibətini bildirib: "Parkın içində yerləşən obyektin ətrafı hasara alınıb. Bu da ətrafın çirklənməməsi üçün edilib. Sakinlərin parkda ağacların kəsilməsi ilə bağlı dedikləri isə yalandır. Parkda ağacların kəsilməsindən söhbət gedə bilməz. Ərazi qəsəbə nümayəndəliyi və yerli bələdiyyə tərəfindən nəzarətdədir. Hasarlanmış ərazi obyekt hazır olduqdan sonra söküləcək və sakinlərin istifadəsinə veriləcək.
 
Xatırladaq ki, şikayətçilərin məktubunda qeyd olunub: Vaxtı ilə Fizuli rayonundan olan şəhid ailəsinə köməklik məqsədilə parkın içində balaca bir dükanın fəaliyyətinə icazə verilmişdi. Lakin dükanın sahibi Həqiqət xanım isə sonradan buranı qanunsuz olaraq kafe kimi işlətməyə başladı. Əslində heç kafe də demək olmaz. Nə olduğu tam bəlli deyil. Qəhvəxana yoxsa kafe olduğunu biz də tam olaraq bilmirik. Çünki dəfələrlə kişi-qadınların qeyri-etik davranışlarının şahidi olmuşuq. Sərxoşlar və s həmişə bizi narahat edib, rahatlığımıza manə olub. Onların səs-küyü, söyüşləri, qeyri-etik davranışları evimizin içinə qədər ayaq açıb. Kafenin fəaliyyətindən yaranan tüstü və s. də evimizin içindədir. Axı kafe ilə pəncərəmiz arasnda məsafə çox qısadır. Həm də natəmizlik hökm sürür. Nəticə olaraq parkdan səmərəli istifadə edə bilmirik.

Bütün bu biabırçılıqlar az imiş kimi Həqiqət xanım öz "həqiqət”lərini genişləndirmək planı hazırlayıbmış. Kafeni daha da böyütmək məqsədilə bir neçə gündür ki, parkın xeyli hissəsi hasarlanıb. Hasarlanan hissədə ağaclar da var. Hətta bir müddət öncə naməlum şəxlər tərəfindən çoxəsirlik zeytun ağacları da kəsilmişdi.

Deyilənə görə ikimərtəbəli kafe tikiləcək. Əvvəlki balaca kafenin verdiyi narahatlığı göz önünə alsaq "yeni plan”ın nələrlə nəticələnəcəyini proqnozlaşdırmaq elə də çətin deyil. Onsuz da narahat idik. İndi isə daha çox narahatıq. Pəncərənin də yaxınlığında kafe olar?

Bu gün ölkəmizdə genişmiqyaslı quruculuq-abadlıq işləri uğurla davam etdirilir. Və biz bundan çox razıyıq. Amma kimlərsə bu işə kölgə salmaq istəyir. Aidiyyatı qurumların məsələni diqqətdə saxlamasını xahiş edirik. Onsuz da məsələylə bağlı prezidentə məktub ünvanlayacayıq".

 

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliyada hava şarı yerə çırpılıb, 8 nəfər ölüb
20:14 21.06.2025
Braziliyada hava şarı yerə çırpılıb, 8 nəfər ölüb
DTX-nın keçirdiyi əməliyyatda saxlanılan Qaxın sabiq icra başçısı Musa Şəkiliyev həbs olunub
20:07 21.06.2025
DTX-nın keçirdiyi əməliyyatda saxlanılan Qaxın sabiq icra başçısı Musa Şəkiliyev həbs olunub
İspaniya yığmasının sabiq futbolçusu Argentina klubundan ayrılıb
19:54 21.06.2025
İspaniya yığmasının sabiq futbolçusu Argentina klubundan ayrılıb
Fransa klubu İngiltərə millisinin sabiq futbolçusu ilə yollarını ayırıb
19:45 21.06.2025
Fransa klubu İngiltərə millisinin sabiq futbolçusu ilə yollarını ayırıb
Rusiya - Afrika XİN başçılarının ikinci forumu Qahirədə keçiriləcək
19:34 21.06.2025
Rusiya - Afrika XİN başçılarının ikinci forumu Qahirədə keçiriləcək
Lukaşenko Trampın Ukrayna üzrə xüsusi elçisi ilə görüşüb
19:20 21.06.2025
Lukaşenko Trampın Ukrayna üzrə xüsusi elçisi ilə görüşüb
BMT-nin fələstinli qaçqınlarla bağlı təşkilatının Ankara təmsilçiliyi açılacaq
19:09 21.06.2025
BMT-nin fələstinli qaçqınlarla bağlı təşkilatının Ankara təmsilçiliyi açılacaq
İlham Əliyevin müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
19:06 21.06.2025
İlham Əliyevin müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
İtaliya XİN: 60-a yaxın vətəndaşımız İrandan Azərbaycana təxliyə edilib
18:59 21.06.2025
İtaliya XİN: 60-a yaxın vətəndaşımız İrandan Azərbaycana təxliyə edilib
İsrail Şirazda hərbi mərkəzə zərbə endirib
18:46 21.06.2025
İsrail Şirazda hərbi mərkəzə zərbə endirib
Bəşər Əsədin əmisi oğlu saxlanılıb
18:37 21.06.2025
Bəşər Əsədin əmisi oğlu saxlanılıb
Cekson görünüşünə görə kompleks yaşayırmış
18:18 21.06.2025
Cekson görünüşünə görə kompleks yaşayırmış
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
18:05 21.06.2025
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
Ülviyyə Zülfiqar yeni vəzifəyə TƏYİN EDİLDİ
17:57 21.06.2025
Ülviyyə Zülfiqar yeni vəzifəyə TƏYİN EDİLDİ
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
17:53 21.06.2025
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
"Düzgün həyat tərzi – uğurlu və xoşbəxt həyatın təməlidir" - Əməkdar artist
17:42 21.06.2025
"Düzgün həyat tərzi – uğurlu və xoşbəxt həyatın təməlidir" - Əməkdar artist