Səbaildə vəzifəsindən azad olunan polis rəisi kimdir?

Səbaildə vəzifəsindən azad olunan polis rəisi kimdir?
SOSİAL
18:08 31.08.2021
690
Xəbər verdiyimiz kimi, daxili işlər orqanlarında yeni kadr təyinatları olub.
 
Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
 
AZXEBER.COM xəbər verir ki, nazirin əmri ilə  Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov vəzifəsindən azad olunaraq, Sabunçu RPİ-nə rəisi təyin edilib.
 
Məlumata görə, Cavid Muradov həbsdə olan "Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradovun oğludur. 

Vidadi Muradov Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İttihama görə, Vidadi Muradovun vəzifədə olduğu müddət ərzində mənimsədiyi məbləğ 3 milyon 572 min 427 manatdır.


OXŞAR XƏBƏRLƏR