Səbinə Babayeva: ‘13 rəqəmi mənim ən düşərli və sevimli rəqəmlərimdəndir’

Səbinə Babayeva: ‘13 rəqəmi mənim ən düşərli və sevimli rəqəmlərimdəndir’
MAQAZİN
10:34 30.03.2012
2577

Azərbaycanın “Eurovision-2012” təmsilçisi Səbinə Babayeva Böyük Britaniya, Niderland və Macarıstana səfər edəcək.

AZXEBER.COM-un müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, təmsilçimiz qeyd olunan ölkələrin London, Amsterdam və Budapeşt şəhərlərində çıxışlar edəcək. Səbinə Babayeva onu da deyib ki, “Baku Crystal Hall” səhnəsində ifa edəcəyi "When The Music Dies" mahnısının Azərbaycan versiyası hazırlanır. Təmsilçimizin çıxışından o da məlum olub ki, Azərbaycanın Ukraynada elə həmin ölkənin rejissoru tərəfindən ərsəyə gətirilən klipin çəkilişləri 24 saat davam edib: “Azərbaycanı müsabiqədə yüksək səviyyədə təmsil etmək üçün əlimdən gələni edirəm və bundan yorulmuram. Hazırlıq mərhələsi başlanandan günümə səhər saat 8-dən başlayıram. Dayanmadan hazırlaşırıq və çox işlər görülür. Xüsusi olaraq vokal, ingilis dili və digər sahələrdə müəllimlər yanına gedirəm. Eyni zamanda müsabiqəyə psixoloji tərəfdən də hazır olmam üçün psixoloq belə ayrılıb”. Səbinə Babayeva mayın 26-da 13 nömrə altında çıxış edəcəyindən sevincini dilə gətirib və bu rəqəmin onun üçün çox uğurlu olduğunu deyib: “Püşkatma zamanı 13 rəqəmi altında çıxış edəcəyim məlum olduqda çox sevindim. Çünki bu mənim ən düşərli və sevimli rəqəmlərimdəndir. Maraqlısı ondadır ki, “Slavyan ulduzu” yarışmasında Qran-pri mükafatını qazananda da məhz 13 nömrə altında çıxış etmişdim. Bu hal bir neçə dəfə olub və mənim üçün sevincli bir haldır”. “Eurovision-2012”də təmsil olunacaq digər ölkələrin ifaçılarından da danışan Səbinə Babayeva, bu il çox güclü səslərlə yarışacağını deyib: “Mənim bəxtimdəndir, ya necə bilmirəm, amma bu il həqiqətən də güclü səslərin sayı çoxdur. Amma mən rəqabət və ya rəqiblər haqda düşünmək istəmirəm, çünki bütün gücümü məhz şoumuzun hazırlığına sərf edirəm. Başqa heç bir fikrin hazırlığımıza maneçilik törətməsini istəmirəm. Bir məqamı da qeyd etmək istərdim, güclü səslərin çoxluğu gözəl haldır və bu məni də sevindirir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Neftçalada “Qırmızı kitab”a düşən ceyranı bişirib YEDİLƏR
15:52 26.07.2025
Neftçalada “Qırmızı kitab”a düşən ceyranı bişirib YEDİLƏR
Pezeşkian: İran Azərbaycan və digər qonşu ölkələrlə əlaqələri gücləndirəcək
15:41 26.07.2025
Pezeşkian: İran Azərbaycan və digər qonşu ölkələrlə əlaqələri gücləndirəcək
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
15:19 26.07.2025
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
Şuşada yanğın zamanı mina partlayışları oldu
15:16 26.07.2025
Şuşada yanğın zamanı mina partlayışları oldu
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
15:05 26.07.2025
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
14:45 26.07.2025
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
14:33 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
14:15 26.07.2025
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
14:14 26.07.2025
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
14:04 26.07.2025
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
13:58 26.07.2025
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
AFFA-nın mətbuat katibi dəyişdi
13:56 26.07.2025
AFFA-nın mətbuat katibi dəyişdi
"Bir də Bodruma getməyəcəyəm"
13:47 26.07.2025
"Bir də Bodruma getməyəcəyəm"
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
13:44 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
13:38 26.07.2025
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"
13:33 26.07.2025
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"