Xanəndə Səbinə Ərəbli Bakıdan köçüb.
AZXEBER.COM xəbər verir ki, bu haqda o özü məlumat verib.
"Günə uğurla" verilişinə telefon zəngi ilə qoşulan sənətçi, bir müddətdir Xankədidə yaşadığını deyib:
"Artıq bir həftədir Bakıdan Xanəndiyə köçmüşəm. Burada "Qarabağ" universitetində müəllimə kimi çalışıram. Bu mənim arzularımdan biri idi. Çox şadam ki, bu gün arzularımı yaşayıram".
Xatırladaq ki, Səbinə Ərəbli "Muğam televiziya müsabiqəsi-2011” müsabiqəsinin qalibi olub.
Aysel