Səbinə Əsgərovadan Rəşid Behbudovun ruhuna hörmətsizlik - VİDEO

Səbinə Əsgərovadan Rəşid Behbudovun ruhuna hörmətsizlik - VİDEO
MAQAZİN
13:45 01.08.2017
5096
Azərbaycanlı müğənni Səbinə Əsgərova yeni klipini təqdim edib.
 
AZXEBER.COM-un məlumatına görə, "Günün aydın" adlanan mahnıya çəkilən klip birmənalı qarşılanmayıb.
 
Belə ki, klipdə Rəşid Behbudovun məşhur mahnısı "Küçələrə su səpmişəm"in yarımçıq kəsilməsi tənqidlə qarşılanıb.
 
Sosial şəbəkə istifadəçiləri bu addıma görə müğənnini və rejissoru qınayıblar. 
 
Klip "Bizim Cəbiş müəllim" filminin çəkildiyi məkanda çəkilib. 
 
"Günün aydın" adlı mahnının musiqisi və sözləri İsmayıl Əsədova məxsudur. Klipin rejissoru isə Anar Hüseynovdur. 
 

OXŞAR XƏBƏRLƏR