Səbinə Mirzəyevanın xəstəliyi irsi imiş - Atası da 3 dəfə insult keçirib

Səbinə Mirzəyevanın xəstəliyi irsi imiş - Atası da 3 dəfə insult keçirib
SOSİAL
12:08 04.04.2018
8673
Ötən gün dünyasını dəyişən həkim Səbinə Mirzəyevanın atası, "Azərsutikinti” xəstəxanasının baş həkimi Elman Mirzəyev bu günə kimi 3 dəfə insult keçirib.

AZXEBER.COM xəbər verir ki, bu haqda həkimin qohumlarından biri Sfera.az-a məlumat verib. 

Bizə verilən məlumata görə, Səbinə Mirzəyeva ailənin tək qızı olub. Ötən gün baş verən hadisə gün ərzində onun övladlarından gizli saxlanılıb. Həkimin övladlarından biri 10-cu sinifdə oxuyur.

Mənbəmiz Səbinə Mirzəyevanın ani ölümü ilə bağlı bunları deyib: 

"Mənim məlumatıma görə, o heç bir konfransda hirslənməyib. Sadəcə olaraq beyin damarı partlayıb. Bu səbəbdən də dünyasını dəyişib”.

Qeyd edək ki, S.Mirzəyevanın anası Ofeliya xanım da həkimdir.
OXŞAR XƏBƏRLƏR