Şair Nazilə Səfərli açıqlaması ilə gündəm olub.
AZXEBER.COM xəbər verir ki, o, canlı yayımda müğənni Şəbnəm Tovuzlunu yalançı adlandlırıb:
"Mən efirdə qonaq olanda həmişə geyimimə fikir verirəm. Çalışıram qonaqla, studiya ilə həmahəng olum. Hər dəfə Şəbnəm Tovuzlu ilə efirə dəvət alanda soruşurdum ki, "Nə geyinəcəksən?". Fikirləşirdim ki, ona uyğun geyinim, efirdən gözəl görünsün. Deyirdi ya qırmızı, ya qara. Mən də ona uyğun geyim seçirdim. Gəlib görürdüm ki, narıncı geyinib. Çox yalançı qızdır. Paxıllığından edirdi ki, mən ondan gözəl görünməyim. Üç dəfə belə olub. Toyda da belə edib neçə dəfə. Bəhanəsi də o olurdu ki, deyirdi "Mən son anda qərar verdim geyimə". " - deyə Səfərli çıxışında bildirib.
Verilişdə qonaq olan Şəbnəm Tovuzlu isə Nazilənin iddiaları ilə razılaşmayıb. O açıqlamasında bildirib ki, axşamdan geyim hazırlasa da, səhər fikrini dəyişir.
Aysel