Şəbnəm danışdı: ‘Bu xəbəri yayanlar məni sevməyənlərdir‘

Şəbnəm danışdı: ‘Bu xəbəri yayanlar məni sevməyənlərdir‘
MAQAZİN
15:05 09.06.2016
2672

"Mən yalnız sənətim və yaradıcılığımla məşğulam, bu xəbəri yayanlar məni sevməyənlərdir"

Bu sözləri AZXEBER.COM-a açıqlamasında müğənni Şəbnəm Tovuzla haqqında çıxan keçmiş MTN-lə əlaqəsi və guya ki, onun evinin əlindən alınması xəbərinə münasibət bildirərkən deyibş 

Müğənni bildirib ki, yayılan xəbərlər tamamilə əsassızdır və heç kim onun evini əlindən almayıb: "Bu gün yazılanların heç bir əsası yoxdur, hamısı mənim düşmənlərimin və məni sevməyənlərin işidir. Mənim adım heç vaxt qalmaqalda hallanmır deyə, bəziləri belə xoşagəlməz söhbətlərlə məni gündəmə gətirmək istəyirlər. Ancaq mən yalnız sənətim və yaradıcılığımla məşğulam"

Müğənni həmçinin deyib ki, ona heç kim sponsorluq etməyib: "Məni tanıyanlar bilir ki, mən hər zaman sənətimlə nələrsə əldə etmişəm. Bu kimi xoşagəlməz söhbətlərə görə də çox təəsüflənirəm. Bununla bağlı yaxın günlərdə geniş açıqlama verəcəm və lazımi addımları atacam. Sizdən də xahiş edirəm ki, mənim adımı belə şeylərdə hallandırmayasız."

Qeyd edək ki, bu gün bəzi mətbuat orqanlarında müğənninin qadın alveri ittihamı ilə MTN-ə aparıldığı qeyd olunub.

OXŞAR XƏBƏRLƏR