Müğənni Şəbnəm Qəhrəmanova "instagram"dakı paylaşımı ilə diqqətləri üzərinə çəkib.
AZXEBER.COM xəbər verir ki, müğənni bu dəfə Xalq artisti Eyyub Yaqubovun reprtuarına müraciət edib.
Qəhrəmanova Yaqubovun dillər əzbəri olan mahnılarından "Həsrətinin yollarındayam" mahnısına yeni nəfəs verib.
Paylaşımına xalq artistini işarələyən sənətçi "Çox sevdiyim, hörmət etdiyim Respublikamızın xalq artisti Eyyub Yaqubovun repertuarından "Həsrətinin yollarındayam”ı bu dəfə fərqli tərzdə mənim ifamda dinləyin. İnşallah bəyənərsiniz" deyə qeyd edib.
Aysel