Şəbnəm Tapdıq və Şəbnəm Tovuzlunun ad savaşı...Tərəflər məhkəməlik oldu - AÇIQLAMA

Şəbnəm Tapdıq və Şəbnəm Tovuzlunun ad savaşı...Tərəflər məhkəməlik oldu - AÇIQLAMA
MAQAZİN
16:30 13.12.2023
597

Müğənni Şəbnəm Tovuzlu həmkarı Şəbnəm Tapdığın onu məhkəməyə verdiyini açıqlayıb.

AZXEBER.COM xəbə verir ki, MTV Azərbaycanda "Tarixin bir günü” verilişində bu haqda danışan müğənni, məhkəməyə verilən tək müğəninin o olmadığını da qeyd edib.

 "Mənim adımı dünyasını dəyişən anam qoyub. Şəbnəm xanımın adi insanlarla işi yoxdur. Amma səhnə adı Şəbnəm olanları məhkəməyə verir. Mənə artıq Nərimanov rayon məhkəməsindən sənədlər gəlib. Şəbnəm Qəhramanovanı da məhkəməyə verib. Mənə zəng edir, aqressiv danışır. Burdan efir vasitəsilə deyirəm. Anam 29 yaşında dünyasını dəyişib və sizin fanatınız olub hər iki valideynim. Ona görə sizin adınızı qoyublar mənə. Dəfələrlə bunu sizə deməyimə rəğmən, siz necə bunu edə bildiniz? Qanun qarşısında boynum qıldan incədir amma məndən nə istəyirsiniz? Mənə deyirsiz adımı Şəbnur edim, Şəbtac edim. Bu nə düşüncəsizlikdir? Məhkəməyə gələcəm, vəkilim də var. Amma sizə görə əsla adımı dəyişdirməyəcəyəm!”

 

Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən Şəbnəm Tapdıq isə Tovuzlunu məhkəməyə vermə səbəbinin ad ilə əlaqədar olmadığını bildirib.

 
"Mənim Şəbnəm Tovuzlunu məhkəməyə vermə səbəbim tam başqa mövzudur. Bu məhkəmədə ad artıq önəm daşımır. Şəbnəm Tovuzlu verilişlərdə mənimlə bağlı həqiqəti əks etdirməyən ifadələr işlədir. Gah yaşımı çox deyir, gah psixoloji poblemim var deyirlər. Bunlar mənim şərəf və ləyaqətimi alçaldan sözlərdir. Hətta yalandan dedi ki, guya mən onun anası ilə rəfiqə olmuşam, ona görə o mənim adımı ona qoyub. Bunların hamısı yalandır. Mən haradan tanıyıram onun anası kimdir? O, gərək məndən üzr istəsin və mənim haqqımda bir də heç yerdə, heç bir şey danışmasın”.

O, açıqlamasında Şəbnəm Qəhramanovanı məhkəməyə vermədiyini deyib:

"Ad məsələsi olsa, Şəbnəm Qəhramanova da var bu sənətdə, gərək onu da verərdim. O, harada məni görür, gəlir öpür, hörmət edir, deyir efirə də çıxaq biryerdə. Onunla problemim yoxdur”.

Şəbnəm Tapdıq qalmaqallara son qoymaq üçün adını dəyişdiyini ilk dəfə AZXEBER.COM-a açıqlayıb. O, sənətdə ilk olduğu üçün artıq adını İlkşəbnəm olaraq dəyişdirdiyini bildirib.

 

Aysel Hacızadə

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
22:36 07.03.2026
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
22:33 07.03.2026
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
22:22 07.03.2026
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
22:15 07.03.2026
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
22:06 07.03.2026
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
21:52 07.03.2026
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
21:32 07.03.2026
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
21:16 07.03.2026
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
21:13 07.03.2026
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
21:01 07.03.2026
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib