Səbuhi Abbasov: “COP29 dünyanın ekoloji problemlərinin həlli üçün yeni yol xəritəsini formalaşdıracaqdır”

Səbuhi Abbasov: “COP29 dünyanın ekoloji problemlərinin həlli üçün yeni yol xəritəsini formalaşdıracaqdır”
SOSİAL
15:03 21.10.2024
253
"COP29 dünyanın ekoloji problemlərinin həlli üçün yeni yol xəritəsini formalaşdıracaqdır”
 
AZXEBER.COM xəbər verir ki, bu barədə saytımıza açıqlamasında QHT sədri, internet media ekspert Səbuhi Abbasov məlumat verib:
 
"COP29 bu platformanın öncəki tədbirləri ilə müqayisədə daha böyük və strateji sahələri əhatə edəcəkdir. Həm texniki-təşkilati məsələlər, həm hazırlıq mərhələsi onu deməyə əsas verir ki, COP29 dünyanın ekoloji problemlərinin həlli üçün yeni yol xəritəsini formalaşdıracaqdır. Bu gün planetimizdə ətraf mühitin vəziyyəti, ekoloji tarazlığın pozulması bütün bəşəriyyəti ciddi şəkildə düşündürür, haqlı narahatlıqlara səbəb olur.
 
Çıxış yolu isə ilk növbədə mövcud ekoloji vəziyyəti dərindən öyrənmək, bütün təsirləri düzgün qiymətləndirmək və ən əsası da çoxtərəfli beynəlxalq əməkdaşlığa dəyər verməkdir.Hər kəsə bəllidir ki, Bakıda keçiriləcək COP29 sadəcə ekoloji problemlərin müzakirəsi üçün konfrans deyil, ekoloji problemlərin həlli üçün birlikdə mühüm addımların atılacağı böyük qlobal forum olacaq.Azərbaycan uzun illər ekeloji terrorun qurbanı olduğundan bu sahədə ciddi təcrübəyə malikdir. Eyni zamanda, bir çox dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların COP29-a münasibəti həm dövlətimizin qüdrətini, həm də, Prezident İlham Əliyevin dünya siyasi meydanındakı mühüm çəkisini göstərir.
 
İlk dəfə Bütöv Azərbaycan olaraq reallaşdıracağımız bu mühüm tədbir, həm də, QHT, media qurumları üçün, xüsusən də bu sahədə ixtisaslaşan gənclərimiz üçün mühüm təcrübə olacaq, yeni imkanlar açacaqdır. Təbii ki, anti Azərbaycan qüvvələri qarayaxma kampaniyaları təşkil edərək bütün mümkün kiber alətlərlə fəaliyyətdə olacaqlar. 44 günlük müharibədə olduğu kimi, bu dəfə də informasiya savaşında hər birimiz ayıq-sayıq olmalı, təxribatlara bütün platformalarda faktlarla cavab verməliyik.”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə 3 dəfə artıb
19:06 23.08.2026
Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə 3 dəfə artıb
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
19:00 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
SEPAH: İranın ABŞ sanksiyalarına qarşı mübarizə ssenarisi mövcuddur
18:53 23.08.2026
SEPAH: İranın ABŞ sanksiyalarına qarşı mübarizə ssenarisi mövcuddur
Manuel Noyer TARİX YAZDI
18:48 23.08.2026
Manuel Noyer TARİX YAZDI
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
18:44 23.08.2026
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
İsmayıllıda minik avtomobilləri toqquşub, xəsarət alanlar var
18:38 23.08.2026
İsmayıllıda minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Mirziyoyev Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasını təklif edib
18:34 23.08.2026
Mirziyoyev Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasını təklif edib
Mirziyoyev İlham Əliyevin Özbəkistana dövlət səfərinin tarixi əhəmiyyət kəsb etdiyini bildirib
18:28 23.08.2026
Mirziyoyev İlham Əliyevin Özbəkistana dövlət səfərinin tarixi əhəmiyyət kəsb etdiyini bildirib
Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutub
18:25 23.08.2026
Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutub
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
18:20 23.08.2026
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət edib
18:17 23.08.2026
İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət edib
Hikmət Hacıyev Nizami Gəncəvi adına Özbəkistan Milli Pedoqoji Universitetinin yeni binasından paylaşım edib - VİDEO
18:09 23.08.2026
Hikmət Hacıyev Nizami Gəncəvi adına Özbəkistan Milli Pedoqoji Universitetinin yeni binasından paylaşım edib - VİDEO
Qazaxıstan Qurultayına seçkilərdə seçici fəallığı 72%-i ötüb
18:06 23.08.2026
Qazaxıstan Qurultayına seçkilərdə seçici fəallığı 72%-i ötüb
İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi
17:59 23.08.2026
İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi
El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər
17:53 23.08.2026
El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər
Zelenski Ukraynada seçki keçirilməsi ideyasını sərt tənqid edib
17:47 23.08.2026
Zelenski Ukraynada seçki keçirilməsi ideyasını sərt tənqid edib