Səbuhi Xanlarovun İlkin Həsəni ilə bağlı verdiyi müsahibənin - SƏS YAZISI (AUDİO)

MAQAZİN
16:31 10.02.2015
19961

Ötən gün "Bozbash Pictures"də iştirak edən və hazırda sözügedən verilişdən uzaqlaşdırılan (red: Layihənin rəhbəri İlkin Həsəni kulis.az-a müsahibəsində Səbuhi Xanlarovun uzaqlaşdırıldığını təsdiqləyib) Səbuhi Xanlarov AZXEBER.COM-a məsələ ilə bağlı müsahibə verib. S.Xanlarov müsahibəsinin ardından BİR XƏBƏR saytında müsahibəsində söylədiyi fikirləri təkzib edərək, müsahibəni yayımlayan saytı (red: azxeber.com) yalan danışmaqda, onların arasını vurmaqda təqsirləndirib və həmçinin müsahibəni saytdan çıxartdırdığını iddia edib.

Təbii ki, bu məsələ ilə bağlı redaksiya olaraq jurnalistin heç bir tərəfin mövqeyini ifadə etmədiyini və yalnız informasiya oxuculara çatdırmaq məqsədi daşıdığını sübut etmək üçün Səbuhi Xanlarovun İlkin Həsəni haqda dediklərini və sonradan necə geri addım atmasını yayımlamaq qərarına gəldik.

İndi isə keçək əsas məsələyə. Səbuhi Xanlarov İlkin Həsəninin adını eşidən kimi müxbirimizə baş verənləri belə şərh edir: