Azərbaycanda təbliğat-təşviqat kampaniyası başlayandan sonra bəzi saytlar virtual sorğulara start veriblər.
AZXEBER.COM virtual səsvermədə bəzi gərgin dairələrlə bağlı ilkin nəticələri monitorinq edib.
Xəbərlər.az və namized.com saytlarındakı sorğulara nəzər yetirəndə aydın oldu ki, 96 saylı Goranboy – Naftalan seçki dairəsində səsvermədə iştirak edən vətəndaşlar milli Məclisin deputatı Mahir Aslanova güvənmir. Belə ki, deputat hər iki saytdakı sorğuda geridədir.
44 saylı Sumqayıt - Xızı seçki dairəsi seçki dairəsində isə millət vəkili Hacı Salayev acınacaqlı duruma düşüb. Deputat hər iki sorğunun nəticələrinə görə son sıralardadır. Ona cəmi 2% insan səs verib.
112 saylı Qax seçki dairəsində isə, hüquq müdafiəçisi Əhməd Şahidov öndədir. O, həmin dairə üzrə alternativləri-Paşa Məmmədov və hazırkı millət vəkili Azər Kərimlini böyük fərqlə arxada qoyub.Qeyd edək ki, hazırda həmin dairədən millət vəkili mandatını daşıyan Azər Kərimliyə cəmi 11 səs veriblər. Digər saytda isə Azər Kərimliyə cəmi 1 nəfər səs verib.
Monitorinqimiz davam edir. Mövzuya yenidən qayıdacağıq.





