"Seçki məntəqələrində səsvermə üçün çox yaxşı şərait yaradılıb"

"Seçki məntəqələrində səsvermə üçün çox yaxşı şərait yaradılıb"
SİYASƏT
17:39 11.04.2018
3590
Seçki məntəqələrində seçicilərin problemlə qarşılaşması müşahidə olunmayıb, səsvermə üçün çox yaxşı şərait yaradılıb. Məntəqə komissiyalarının üzvləri seçicilərə diqqətlə yanaşırlar.

AZXEBER.COM xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində 20 saylı Nərimanov II seçki dairəsinin 16 saylı seçki məntəqəsində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının baş katibinin köməkçisi Əli Əsgər Məhəmmədi deyib. Həm səsvermə prosesinin, həm də yaradılan şəraitin yüksək səviyyədə olduğunu bildirən beynəlxalq müşahidəçi bütün bunların ölkənin daha yaxşı gələcəyindən xəbər verdiyini vurğulayıb, bu seçkinin Azərbaycan xalqına rifah gətirəcəyinə ümidvar olduğunu deyib.
OXŞAR XƏBƏRLƏR