"Bu saata qədər seçki prosesi ilə bağlı rəsmi şəkildə heç bir qanun pozuntusu qeydə alınmayıb"
AZXEBER.COM AzVision.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, Azərbaycanda prezident seçkiləri ilə bağlı səsvermə prosesi tam şəffaf şəkildə həyata keçirilir.
MSK sədri, eyni zamanda, 36 saylı Seçki Dairəsinin 3 və 4 saylı seçki məntəqələrində jurnalistlərdən prosesi izləmələri üçün arayış istənilməsi məsələsinə münasibət bildirib. O, qeyd edib ki, bununla bağlı müraciət daxil olmayıb. "Bu, qanunazidd addımdır. Polisin və Komissiyanın belə hüququ yoxdur".