Vəkillər Kollegiyasının üzvü, Vəkil Roman Qaraşov 9 fevral Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar AZXEBER.COM-a geniş müsahibə verib.
- Səsvermə
prosesi necə həyata keçirilir?
- Məntəqə seçki
komissiyasının üzvlərindən biri seçki məntəqəsinin
girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət
vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri, eləcə də onun sol əlinin
baş barmağının dırnaq və dərisinin bir hissəsinin gözlə görünməyən mürəkkəblə
işarələnib-işarələnmədiyini yoxlayır və bundan sonra seçicinin məntəqəyə daxil
olmasına icazə verir.
Daha sonra seçici
seçki bülleteni almaq üçün komissiyasının üzvlərinə yaxınlaşır. Komissiyasının üzvlərindən biri
seçicinin adının seçici siyahısında olub-olmadığını yoxlayır. Əgər şəxsin adı həmin
seçki məntəqəsindəki seçicilər siyahısına daxildirsə, bu zaman səs verməzdən əvvəl
seçiciyə sol əlinin baş barmağının gözlə görünməyən mürəkkəblə işarələnməsi təklif
edilir.
Seçici sol əlinin
baş barmağının gözlə görünməyən mürəkkəblə işarələnməsinə
razılıq verirsə, seçicinin adının qarşısında seçicilər siyahısında səsverməyə
gəlməsi barədə müvafiq qeyd aparılaraq ona səs vermək üçün seçki bülleteni verilir.
Seçici komissiyanın üzvündən seçki bülletenini
alarkən seçicilər siyahısında öz adının
qarşısında imza atır.
Seçki bülleteni seçiciyə verilərkən onun nömrələnmiş
sol küncü məntəqə seçki komissiyasının üzvü tərəfindən kəsilmə xətti boyunca kəsilir və özündə saxlanılır.
Əgər seçicinin adı
seçicilər siyahısında yoxdursa, seçici şəxsiyyətini təsdiq edən sənədi məntəqə
seçki komissiyasına təqdim edərək məntəqə seçki
komissiyası tərəfindən seçicilər siyahısına əlavə olunur.
Seçicinin adı yalnız MSK-nın qərarı ilə seçicilər siyahısına daxil edilə bilər.
Hər bir seçici bir səsə malik olmaqla şəxsən və təklikdə səs verir.
Seçki bülletenini
müstəqil yazıb doldurmaq imkanı olmayan əlil seçici, məntəqə seçki
komissiyasının üzvlərindən və müşahidəçilərdən başqa, istədiyi şəxsi kömək üçün otağa və ya kabinəyə çağıra bilər. Bu şəxsin
inisialı və soyadı seçicilər siyahısında seçki bülleteni alınması barədə
seçicinin imzası ilə birgə göstərilir.
Seçici seçki
bülletenini doldurarkən səhvə yol verərsə, ona seçki bülleteni vermiş məntəqə
seçki komissiyası üzvündən korlanmış
seçki bülleteninin əvəzinə yeni seçki bülleteni verməsini xahiş edir. Bu
halda seçki komissiyasının üzvü korlanmış bülleteni
ortadan kəsməklə ləğv edir, seçiciyə yeni bülleten verir və seçicilər
siyahısında seçicinin soyadından sağda müvafiq qeyd edir və barədə dərhal ayrıca akt tərtib olunur.
Seçki günü seçici səhhətinə görə və ya digər üzrlü səbəblərdən seçki məntəqəsinə gələ bilməyəcəyini yəqin edərsə, o, seçkilər gününə azı 24 saat qalmış səsvermə otağından kənarda səs vermək istəyini məntəqə seçki komissiyasına yazılı və ya şifahi şəkildə, bilavasitə özü və ya digər şəxs vasitəsi ilə bildirir.
MnSK ərizə ilə
müraciət etmiş şəxsləri seçki günü daşınan
qutu ilə təmin edir. Belə ki, seçki günü məntəqə seçki komissiyasının hər
biri müxtəlif siyasi partiyaları təmsil edən və ya bitərəfləri və siyasi
partiyanı təmsil edən azı 2 üzvü müşahidəçilərin
iştirakı ilə şəxsin yaşadığı ünvana gəlir və şəxs seçki məntəqəsindən kənarda səs
verir.
Səsvermə günü
seçicilər siyahısına daxil edildiyi seçki məntəqəsində səs vermək imkanı
olmayan seçici müvafiq dairə seçki komissiyasına qanunla müəyyən edilimiş müddət
ərzində müraciət edərək qeydiyyatdan çıxma vəsiqəsi alır və həmin vəsiqə əsasında
səsvermə günü olduğu ərazidəki istənilən
seçki məntəqəsində səs verir. Seçici səsvermə günü müvafiq məntəqə seçki
komissiyasına qeydiyyatdan çıxma vəsiqəsi ilə müraciət etdikdə, həmin vəsiqə
seçicilər siyahısına əlavə edilir.
- Seçki günü səsvermə
prosesi necə yekunlaşdırılır və rəsmləşdirilir?
- Saat 19.00-daMSK-nın sədri səsvermənin başa çatdığını ucadan elan edir və deyir: "Yalnız səsvermə
otağında olan və seçki bülleteni almış seçicilərə səsverməni başa çatdırmağa
icazə verilir”.
Seçki qutusunu
açmamışdan əvvəl, MnSK-nın üzvləri müşahidəçilərin iştirakı ilə istifadə olunmamış bülletenləri sayırlar və
ləğv edirlər.
İstifadə olunmamış bülletenlərin sayı elan olunmalıdır
səsvermənin nəticələri haqqında olan son protokola yazılmalıdır.
Seçki bülleteni
almış seçicilərin imzaları sayılmalı və səsvermənin nəticələri haqqında olan son protokola yazılmalıdır.
Eyni zamanda, qeydiyyatdançıxma vəsiqəsi ilə səs vermiş və səsvermə otağından kənarda səs vermiş seçicilərin sayı son protokola yazılmalıdır.
Sonra MnSK-nın sədri
seçki qutularının möhürlərini yoxlayır,
onu MnSK üzvlərinə və müşahidəçilərə
göstərir və seçki qutularını açır.
Daşınan
seçki qutusunda olan seçici bülletenləri birinci sayılmalıdır. Əgər orada
olan seçici bülletenlərinin sayı səsvermə
otağından kənarda səs vermək üçün verilmiş ərizələrin sayından çox olarsa, onda
bu seçki qutusundan çıxan bütün bülletenlər MnSK-nın qərarı ilə etibarsız
sayılır.
Daşınmaz seçki
qutusunda olan seçici bülletenləri ikinci
sayılmalıdır. Daşınmaz seçki qutusunda olan seçki bülletenlərinin sayı səsvermə günü seçki məntəqəsində seçicilərə
verilmiş bülletenlərin sayından çox olarsa, seçki qutusundakı bütün bülletenlər
MnSK-nın qərarı ilə etibarsız sayılır.
- Hansı
səslər, bülletenlər etibarsız sayılır?
- Bülleten işarələnməyib və ya ona birdən çox işarə qoyulubsa, bülletendə qoyulmuş işarədən seçicinin iradəsini müəyyənləşdirmək mümkün deyilsə;
Əgər bülletenin etibarlılığı haqqında şübhələr varsa, MnSK üzvləri bunun etibarlı olub-olmamasını müəyyənləşdirmək üçün səsvermə keçirməlidirlər.
MnSK üzvləri tərəfindən
səslərin hesablanması prosesi fasiləsiz aparılmalıdır. Bu zaman hər bir istifadə
olunmuş bülleten möhürlənir. Bütün MnSK üzvləri və müşahidəçilər səsvermənin nəticələri
barəsində məlumatlandırılmalıdırlar. Səsvermənin nəticələri ilə bağlı olan son protokol bütün MnSK üzvləri və müşahidəçilərin
iştirakı ilə tərtib olunmalıdır. Protokolun bir nüsxəsi seçki məntəqəsinin məlumat
lövhəsinə vurulur və o cümlədən müşahidəçilərə verilir.
- Seçki
prosesində müşahidəçilərin işi nədən ibarətdir?
- Nəzərinizə çatdırım ki, müşahidəçilər üçün seçki
günü səhər saat 7:00-da məntəqələr açılmalıdır. Məntəqədəyə müşahidəçi daxil
olarkən orada seçki
qutuları, səsvermə kabinələri, stol, dəftərxana və gizli səsvermə üçün digər ləvazimatlar
hazır olmalıdır. Müşahidəçi baxmalıdır ki, namizədlər haqqında məlumat lövhələri,
seçki bülletenlərinin və protokolun doldurulma qaydası seçki məntəqəsində yerləşdirilmişdirmi.
Seçki məntəqəsi elə
təşkil olunmalıdır ki, məntəqə üzvləri və müşahidəçilər asanlıqla seçki
bülletenlərinin verildiyi yerləri, səsvermə kabinələrini, seçki qutularını və səsvermənin
digər hissələri asanlıqla müşahidə edə bilsinlər. (Seçki Məcəlləsinin 98.5.maddəsi)
Müşahidəçiseçki prosesinə mane olmamalı, səsvermə,
səslərin sayılması və hesablanmasının qanuni qaydalarına müdaxilə etməməli, hər
hansı bir siyasi partiyanın qalibiyyəti və məğlubiyyəti üçün tərəfdarlıq
nümayiş etdirməməli, hər hansı namizədə aid olan materiallar və ya geyim
nümayiş etdirməməli,hər hansı seçiciyə təsir göstərməməli, seçicilərdən kimə səs
verəcəklərini və ya kimə səs verdiklərini soruşmamalı, seçicilərin nəticələri
ilə bağlı fikirlər səsləndirməməli, spirtli içkilər qəbul etməməli, media vasitələrinə
açıqlama verməməlidir.
Müşahidənin nəticələrinə dair akt və hesabatlarda müşahidə olunmuş çatışmamazlıqlar və qanun pozuntuları barədə qeydlər etmək lazımdır. Müşahidəçinin əsas işi, vəzifəsi seçki günü və səslərin hesablanması prosesi zamanı baş vermiş qanun pozuntularını müəyyənləşdirmək və baş vermiş qanun pozuntularının qarşısının alınmasıdır.
AZXEBER.COM