‘Seçkilərin konkret nəticəsi, Azərbaycan seçicilərinin istəyinə uyğun gəlir’ - Fazil Mustafa

SİYASƏT
13:34 11.10.2013
1280

“ATƏT-in müşahidə missiyası Azərbaycanda demokratikləşmə prosesinə hansısa bir yol açmaq niyyətində deyil”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili Fazil Mustafa söyləyib. Deputat Azərbaycanda keçirilən Prezident seçkiləri ilə bağlı ATƏT-in müşahidə missiyasının irəli sürdüyü hesabatda bir sıra ziddiyətli məqamların olduğunu söyləyib:

“Azərbaycanda keçirilən seçkilərin konkret nəticəsi, bir çox hallarda bu gün Azərbaycan seçicilərinin istəyinə uyğun gəlir. Çünki hazırda hakimiyyətdən başqa hansısa başqa bir siyasi qüvvənin seçki marafonunda uğur qazanması real görünmür. ATƏT-in hesabatında ümumiyyətlə ziddiyətli məqamlar çoxdur. Ona görə ki, ATƏT-in müşahidə missiyası Azərbaycanda demokratikləşmə prosesinə hansısa bir yol açmaq niyyətində deyil. Burada məqsəd, Ermənistan seçkiləri ilə bağlıdır. Belə ki, onlar Ermənistanda keçirilən prezident seçkiləri ilə Azərbaycanda keçirilən prezident seçkilərini müqayisəyə qoyub, Azərbaycan seçicilərini biraz aşağıda qoymaq və bu seçicilərin problemli olduğunu göstərməyə çalışırlar".

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR