Şamaxıda parlament seçkilərinin nəticələri ilə bağlı etiraz aksiyaları başlayıb.
Məlumata görə, etiraz aksiyasını keçirənlər deputatlığa namizəd Göylər kənd sakini Eliza İsmayılovaya səs verənlər olub. Onlar, E.İsmayılovaya səs verdikləri təqdirdə, onun seçilmədiyini, əvvəlki deputat Elxan Süleymanovun seçildiyinə etiraz ediblər.
Aksiya zamanı polis tərəfindən saxlanılanların olması ilə bağlı isə Şamaxı Rayon Polis İdarəsindən bildiriblər ki, cəmi bir nəfər saxlanılıb. Onun haqqında da inzibati qaydada protokol tərtib edilib və buraxılıb.
aznews