Seçkiyə hansı beynəlxalq təşkilatların dəvət olunduğu açıqlandı

SİYASƏT
12:32 15.08.2013
1424

Azərbaycan dövləti oktyabrın 9-da keçiriləcək prezident seçkisini müşahidə etməyə hansı beynəlxalq təşkilatları dəvət edib? Avqustun 15-də “Media forum” saytının sualını cavablandıran Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib ki, ümumilikdə doqquz beynəlxalq təşkilata dəvət göndərilib:

BMT

ATƏT

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı

Avropa Şurası Parlament Assambleyası

MDB

ATƏT Parlament Assambleyası

GUAM

İslam Əməkdaşlıq Təşkilatı

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası.

OXŞAR XƏBƏRLƏR