Azərbaycan dövləti oktyabrın 9-da keçiriləcək prezident seçkisini müşahidə etməyə hansı beynəlxalq təşkilatları dəvət edib? Avqustun 15-də “Media forum” saytının sualını cavablandıran Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib ki, ümumilikdə doqquz beynəlxalq təşkilata dəvət göndərilib:
BMT
ATƏT
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
Avropa Şurası Parlament Assambleyası
MDB
ATƏT Parlament Assambleyası
GUAM
İslam Əməkdaşlıq Təşkilatı
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası.