Seda Sayanın gəlini ekrana geri dönəcək

Seda Sayanın gəlini ekrana geri dönəcək
MAQAZİN
11:40 15.11.2024
287
Aktrisa İlayda Alişan və Seda Sayanın oğlu Oğulcan Engin jurnalistlərin suallarını cavablandırıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istindən xəbər verir ki, aktrisa ilk dəfədir fəaliyyətinə bu qədər ara verdiyini bildirib.
 
Sənətçi yeni iş təkliflərini dəyərləndirmə ərəfəsində olduğunu da etiraf edib: 
 
"İlk dəfədir ki, belə uzun fasilə verirəm. 4 aydır istirahət edirəm, idman edirəm. Bundan böyük zövq alıram. Yavaş-yavaş setlərə qayıdacağam. Ssenarisini oxuduğum layihələr var".
 
Oğulcan Engin isə münasibətləri haqqında " Görüşməyəndə bir-birimiz üçün darıxırıq. Şirin ziddiyyətlərimiz var, amma ümumiyyətlə xasiyyətimiz uyğun gəlir. Münasibətimiz yaxşıdır. Heç vaxt dava etməmişik. Qısqanclığım da çərçivəlidir" deyə cavab verib.
 
Aysel
OXŞAR XƏBƏRLƏR