Səddam Hüseynin ələ keçirilməsi barədə şok faktlar: Fermada gizlənib, bazardan alış-veriş zamanı...

MARAQLI
15:42 30.12.2021
627
Bu gün İraqın keçmiş prezidenti Səddam Hüseynin edamının 15-ci ildönümü qeyd olunur.

Təhlükəsizliyini qorumaq üçün adının açıqlanmasını istəməyən amerikalılarla əməkdaşlıq edən iraqlı tərcüməçi Səddam Hüseynin həbsindən şok faktlar açıqlayıb.

Tərcüməçi İraqın keçmiş prezidenti Səddam Hüseynin həbsi zamanı Amerika hərbçilərinin hansısa yuxugətirici toz şəklində dərmandan istifadə etdiyini və Hüseynin şəxsi əşyalarının əhəmiyyətli bir hissəsi oğurladıqlarını deyib.

ABŞ İraqa müdaxiləsindən sonra ölkədə mövcudluğu təsdiqini tapmayan kütləvi qırğın silahlarının axtarışı bəhanəsi ilə Hüseyni axtarmağa başlayıb.Tərcüməçinin sözlərinə görə, o, Hüseynin saxlanılması əməliyyatını həyata keçirən amerikalı hərbçilərin yanında olub. O xatırladıb ki, ABŞ Hüseynin yeri barədə məlumat verənlərə mükafat olaraq bir neçə milyon dollar vəd edib.

"Mən işə başlayandan təxminən səkkiz ay sonra onlar Səddam Hüseynin Səlahəddin əyalətinin Ed-Dur bölgəsində gizləndiyi yer haqqında, əlbəttə ki, heç kimin bilmədiyi, tamamilə məxfi məlumat aldılar. Bu yer fermada yerləşirdi, sözün əsl mənasında Dəclədən bir neçə metr aralıda, 50 metr məsafədə və ya daha da yaxında, El-Maabar bölgəsində”, – tərcüməçi deyib.

Onun sözlərinə görə, S.Hüseynin olduğu gizli yeri onun mühafizəçilərindən birinin qohumu xəbər verib, sonra bu məlumat prezidentə yemək aparan mühafizəçini izləyərək yoxlanılıb.

"Heç kim bilmirdi ki, bu, prezidentin mühafizəçisidir, amma Amerika hərbçilərinin şübhələrinə bu adamın bazarlarda ən yaxşı malları, müəyyən markaların mallarını alması səbəb olub. Bu adamın hərəkətləri şübhə doğurub, nəticədə hər şey aydın olub”, – o bildirib.

Əraziyə Amerika xüsusi təyinatlılarının bir hissəsi göndərilib, eyni zamanda desantlar enib. Tərcüməçinin özü isə qaz maskası taxmadığından ona yaxınlaşmağa icazə verilməyib.

"Oradan bir neçə nəfər çıxarıldı. Onları çıxarandan sonra soruşdum ki, kimdir onlar… Mənim zabitim dedi ki, bu, prezident Səddam Hüseyndir və onu saxlamaq üçün göndərilən xüsusi təyinatlılardır. Hətta bizə ona yaxınlaşmağı da qadağan etdilər”, – o deyib.

Əleyhqaz ona görə lazım idi ki, həm içəri, həm də bütün fermaya, bütün əraziyə yuxuladıcı qaz buraxılmışdı.

Hüseyn vertolyotla təxliyyə edildikdən sonra tərcüməçi onun yaşadığı otağa baxış keçirə bilib: eni 3,5 metr, uzunluğu isə təxminən 4 metr olan otaq idi, orada iki çarpayı olub.

"Orada iki cüt ortopedik ayaqqabı, bahalı paltarlar, ətir və şəxsi əşyalar – prezidentin qol saatı, ailəsinin bir neçə fotoşəkili, boş lentli maqnitofon və prezidentin səs yazıları var idi. Qiymətli əşyalar, onun şəxsi əşyaları, revolver var idi”, – mənbə bildirib.

"Səddam Hüseynin şəxsi əşyalarının əksəriyyəti – ayaqqabılar, saatlar, paltarlar və hətta yeməklər oğurlanıb. Hərbçilərin bəziləri bunu xatirə kimi götürüblər”, – tərcüməçi əlavə edib.

O, qeyd edib ki, təsərrüfatda əməliyyatdan sonra hər yer və hər şey – portağal ağacının tingləri, tutuquşular, iribuynuzlu mal-qara, sahibsiz itlər bir növ ağ maddə ilə örtülüb və heyvanların hamısı ölüb.

"Hərbçilər hadisə yerinə gələndə toz artıq ağacların yarpaqlarında idi. Hava soyuq idi, həmin toz daha 2-3 gün qaldı və sonra yoxa çıxdı”, – deyə tərcüməçi bildirib.

Xatırladaq ki, Səddam Hüseyn 2006-cı ildə edam olunub. Rusiyanın İraqdakı keçmiş səfiri Vladimir Titorenko bildirib ki, ABŞ-ın yaratdığı İraqın keçid hökumətinin eks-prezident Səddam Hüseynin məhkəməsini keçirmək hüququ olmayıb.
 
/// Konkret.az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:10 12.02.2025

"Arsenal"ın hücumçusu mövsümü erkən başa vurub

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"