İraq diktatoru Səddam Hüseynin cinayətlərindən illərdir danışılır. Amma görünür, hələ bir neçə əsrdən sonra da danışılacaq. Onun qəddarlığından, insanlara qarşı düşmənçiliyindən, nifrətindən, müxaliflərinə qarşı qansız əməllərindən bəhs ediləcək. Elə aşağıdakı videoda da onun bu cür cinayət əməlini sübut edən kadrlar var.
Videodan görünür ki, hansısa dövlət əhəmiyyətli tədbirdir və Səddam Hüseyn həmin tədbirə gəlib çıxış edir. Daha sonra digəriləri də çıxış edirlər. Bu çıxışlar zamanı zaldan etiraz edənlər isə görünür rejimin müxalifləri və ya haqq sözü söyləyənlərdir. Elə iclasın gedişatı zamanı Səddamın qoluzorluları həmin şəxsləri həbs edirlər. Daha sonra isə həmin şəxslərə olmazın işgəncələri verilir; döyülür, təpiklənir. Videonun sonun verilən işkəncələri izləyə bilərsiz.
Qeyd etmək yerinə düşərdi ki, bu gün İŞİD terrorçularına məslət verən şəxslərin əksəriyyəti Səddamın generallarıdır.(FaktXeber)