"Sədərək" Ticarət Mərkəzində yanğın məhdudlaşdırılıb

"Sədərək" Ticarət Mərkəzində yanğın məhdudlaşdırılıb
SOSİAL
09:45 18.02.2020
1752
"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın məhdudlaşdırılıb.

AZXEBER.COM bildirir ki, bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib. Onun sözlərinə görə, hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib. Artıq yanğın lokallaşdırılıb.

"Sədərək" Ticarət Mərkəzinin Mətbuat katibi Mikayıl Qədimov isə Trend-ə bildirib ki, yanğın hadisəsi artıq söndürülüb.

Xatırladaq ki, bu gün səhər saatlarında "Sədərək" Ticarət Mərkəzinin 1-ci zona, 9-cu sırasında qəfil yanğın baş verib.
OXŞAR XƏBƏRLƏR