Bakının Qaradağ rayonunda "Sədərək” ticarət mərkəzinə məxsus şirniyyat anbarında yanğın baş verib.
AZXEBER.COM xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.