Parlament seçkilərinə sədrsiz gedən siyasi partiyalar - SİYAHI

SİYASƏT
14:41 18.07.2024
444
Azərbaycanda parlament seçkilərinə sayılı günlər qalır. Seçki öncəsi siyasi partiyalar, müstəqil şəxslər, QHT və media nümayəndələri namizədliklərini irəli sürməyə davam edirlər.
 
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət iyulun 13-dən başlayaraq, avqust ayının 2-si saat 18:00-dək ola dövrü əhatə edəcək.
 
Seçki Məcəlləsinin 58.1 və 94.3.1-ci maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18:00-dək nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim etməlidir.
 
Bəzi siyasi partiyaların üzvləri seçkilərdə iştirak edəcəyini açıqlasa da, partiya sədrləri müəyyən səbəblərdən seçkilərdə iştirak etməyəcək.
 
AZXEBER.COM seçkilərdə sədrlərinin iştirak etməyəcəyi partiyaları təqdim edir: 
 
Hazırda parlamentdə 3 deputatla ana müxalifət olan Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı qarşıdan gələn seçkilərdə iştirak etməyəcək. Onun deputat seçildiyi 70 saylı Neftçala seçki dairəsindən Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti, Azərbaycan-Türkiyə Evinin sədri, VHP-nin sədrinin müşaviri Tənzilə Rüstəmxanlı mübarizə apacaq. Partiyadan deputat seçilən Fəzail İbrahimli və Rafael Hüseynov da seçki yarışına qoşulub. 
 
"Ana Vətən” partiyasının sədri Fəzail Ağamalı da bu il parlament seçkilərində iştirak etməyəcəyini bildirib. O, səhhətində olan problemlərə görə seçkilərə qatılmayacağını söyləyib. 
 

Onun sözlərinə görə, deputat seçildiyi 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən qızı namizəd olacaq. 

Ümid Partiyasının sədri İqbal Ağazadə də sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.


Rəhbərlik etdiyi partiya isə növbədənkənar parlament seçkilərində 30 nəfərdən yuxarı namizədlə iştirak edəcək. 
 
Müsavat Partiyasının başqanı İsa Qəmbər də sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Müsavat partiyası isə seçkilərdə 34 namizədlə iştirak etməyi planlaşdırır. 
 
Vəhdət Partiyasının sədri Tahir Kərimli isə hələ ki səçki ilə bağlı qərarını açıqlamayıb. Onun partiyası isə seçkilərdə iştirak edəcək. 

Altay
 

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi

14:34 13.02.2025

İsrailin hədəfi yenə İran oldu - ABŞ mediası mühüm faktları açıqladı

14:23 13.02.2025

Burak Özcivit ilə şəkil çəkdirməyə görə 1 milyon ödəyib? - AÇIQLAMA

14:18 13.02.2025

Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olub

14:04 13.02.2025

Koreyalı alimlər xərçəng hüceyrələrini normallaşdıran üsul tapdılar

14:01 13.02.2025

“Sputnik Azərbaycan” və "BBC Azerbaycanca" ilə bağlı qərar verildi

13:54 13.02.2025

Bəşər Əsəd Suriyadan necə qaçırılıb? - TƏFƏRRÜATLAR

13:43 13.02.2025

Əsgərlikdən yeni gələn gənc faciəvi şəkildə öldü - FOTO