Səfər Əbiyev Beynəlxalq Hərbi İdman Şurasının prezidentini qəbul etdi
İDMAN
16:00 27.02.2013
1079
Fevralın 27-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) prezidenti polkovnik Hamad Kalkaba Malboumu qəbul edib.Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Beynəlxalq Hərbi İdman Şurası ilə Azərbaycan Müdafiə Nazirliyinin perspektiv əlaqələri və 30 iyun - 16 iyul 2013-cü il tarixində Bakıda keçiriləcək futbol üzrə hərbçilərin birinci dünya kuboku barədə ətraflı müzakirələr aparılıb.