Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər

Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
SOSİAL
15:29 30.06.2025
506

"Azərbaycanda meyitlərə yenidən tibbi ekspertiza keçiriləcək. Ekspertiza ya bu gün, ya da sabah olacaq, dəqiq deyil”.

AZXEBER.COM xəbər verir ki, bu barədə APA-ya Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların qardaşı, "525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli məlumat verib.
 
O bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin müşayiəti ilə cənazələr bu gün 20:00 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanacaq, sabah səhər saatlarında isə Ağcabədiyə yola salınacaq:

"Qardaşlarım Ağcabədidə "Dörd yol” deyilən qəbiristanlıqda atamın, anamın yanında dəfn ediləcəklər. Onlarla vida mərasimi də Ağcabədidə olacaq”, – S. Hüseynli əlavə edib.
OXŞAR XƏBƏRLƏR