Şəfiqə Nağıyeva keçmiş ərindən danışdı: “Hamilə idim, üstümə stul atdı” – VİDEO

Şəfiqə Nağıyeva keçmiş ərindən danışdı: “Hamilə idim, üstümə stul atdı” – VİDEO
SOSİAL
22:50 02.07.2022
1094
"1992-ci ildə zavodda işlədiyim dönəmdə, orada çalışan Vahid adında bir mühəndis vardı. O mənimlə evlənmək qərarına gəldi. Lakin mənə yaxınlaşıb heç nə deyə bilmirdi. Çünki çox zəhimli idim. Düşündükdən sonra, onunla ailə qurmaq qərarına gəldim. Qarşısına bir şərt qoydum ki, heç zaman dünyasını dəyişən anamı təhqir etməyəcəksən. Vahid söz verdi ki, heç zaman belə olmayacaq. Razılaşıb, ailə qurduq. Gəlin gedəndə də qara avtomobillə getdim”.  

AZXEBER.COM xəbər verir ki, bu sözləri məşhur vəkil Şəfiqə Nağıyeva "Onun sirri” proqramında qonaq olarkən deyib.  

Vəkil yaşadığı ağrılı-acılı ailə həyatından danışıb.  

"Bəlkə də mən onunla ailəli qalsaydım, o mənim həyat yoldaşım olsaydı, bu gün mən indiki Şəfiqə Nağıyeva olmayacaqdım. O, mənə güc verdi”.  

Proqramın gedişatında Nağıyeva həyat yoldaşı tərəfindən dəfələrlə işgəncələrə və təhqirlərə məruz qaldığını açıqlayıb.  

"Zavodda işlədiyimiz zaman işçiləri Moskvaya istirahətə göndərirdilər. Moskvada mağazaları gəzib, orada alış-veriş edirdik. Aldıqlarımız malları isə həyat yoldaşım verdi ki, sən apar. O zaman isə mən hamilə idim. Mən də etiraz etmədim. Bizimlə bir yerdə çalışan digər qadın işçilər də vardı. Onlar mənə köməklik etmək istədilər. Mən dedim yox. Qabaqda gedirdim. Həyat yoldaşım həmin qadınlarla gülə-gülə gələndə, söylədi ki, "Baxın, eşşək aparır”. Bu sözləri eşitdikdən sonra çox pis oldum. Çünki heç zaman heç kimə icazə verməmişəm ki, kimsə mənim şəxsiyyətimi alçaltsın.

Qaldığımız otelə getdik. Onun məni təhqir etməsini eşitdiyimi və gələn səfər getməyəcəyimi söylədim. Çox həyəcan keçirtdim, öz-özümə fikirə getdim.

Çarpayıda uzandığım yerdə, Vahid üzərimə stulu atdı və ayağıma dəydi. O söylədi ki, elə bilirsən ki, sənin uşağın olacaq? Yox, olmayacaq. Ayağımdan zədə aldım. Qapını açıb, çıxıb getdi”.  

Məşhur vəkil onun anası söyən həyat yoldaşı Vahidlə ayrıldığı bildirib.  

"O sonradan yenə evləndi. Münasibətləri də çox yaxşıdır. Heç bir psixoloji problemləri yoxdur. Özü də, həyat yoldaşı da Tovuz rayonundandır. Qohumdurlar. Ola bilsin ki, onlar bir-birinin xasiyyətlərini dözə bilirlər, amma mən dözmədim. O, mənim anamı çox pis təhqir etdi. Bu təhqirdən sonra dözə bilmədim. Səhərisi gün biz Bakıya döndük.

Ona söylədim ki, bizim yolumuz ayrılır. Məhkəmə bizi 5 il ayırmadı. Çünki heç bir səbəb görmədi. Amma mən onunla ayrılmaq istədim. Anamı gözümün qabağına gətirib, dedim ki, onunla bundan sonra yaşaya bilmərəm”.   

Ş.Nağıyeva əzab və istirab dolu ailə həyatı ilə bağlı fikirlərini belə davam edib:  

"Vahid, 25 il oğlumuzu axtarmadı. 25 ildən sonra oğlumuz Samirin axtarışa çıxdı. Samir onunla görüşmək istəmirdi. Mən zorla oğlumu atası ilə görüşməyə məcbur etdim ki, o sənin atandır. Vahid yalnız 3-4 ay aliment verib. Onunla cəhənnəm əzabı çəkdim”. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik