Səfir: “Bu il Novruz bayramının Azərbaycan və ABŞ üçün xüsusi əhəmiyyəti var”

Səfir: “Bu il Novruz bayramının Azərbaycan və ABŞ üçün xüsusi əhəmiyyəti var”
SİYASƏT
22:16 20.03.2022
465
"Bu gün bütün dünya azərbaycanlıları minilliklərdən bəri davam edən ənənəyə sadiq qalaraq Novruz bayramını qeyd edir. Novruz ailənin və dostların bir araya gələrək ləziz təamları bölüşməsi, musiqidən birlikdə həzz alması, keçmişin çətinlikləri üzərində düşünməsi və gələcəyə dair planlar qurması üçün gözəl fürsətdir. Novruz yeni ilə ümid və nikbinliklə baxmaq bayramıdır".

AZXEBER.COM xəbər verir ki, bu fikirlər ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenbergerin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində yer alıb.

"Bu il Novruzun xüsusi əhəmiyyəti var, çünki ABŞ və Azərbaycan aralarındakı diplomatik əlaqələrin 30 illiyini qeyd edirlər. ABŞ səfirliyi və Amerika xalqı adından Novruz bayramını qeyd edən hər kəsə ən xoş arzularımı çatdırmaqdan məmnunam", - ABŞ səfiri qeyd edib.
OXŞAR XƏBƏRLƏR