Hava limanında meydana gələn hadisədən sonra Cənubi Kipr Xarici İşlər Nazirliyi baş verənlərə görə xanım səfirdən üzr istəyib. Məlumata görə, M.M.Baxum daha sonra hava limanının VİP qapısından keçərək ölkəsinə gedib.Qeyd edək ki, Misirlə diplomatik münasibətləri pozmamaq üçün üzr istəyən XİN rəsmilərinin bu hərəkəti isə etirazla qarşılanıb. Kipr Polis Təşkilatının sədri Andreas Simeu araşdırma başa çatmadan hökumətin üzr istəməsinin qəbul edilməz olduğunu deyib. Simeu dövlətin etibarının zədələndiyini vurğulayıb.