Səfir: Səfirlik və Təbrizdəki Baş Konsulluğun təxliyəsi barədə göstəriş verilib

 Səfir: Səfirlik və Təbrizdəki Baş Konsulluğun təxliyəsi barədə göstəriş verilib
SİYASƏT
14:54 06.03.2026
418
Azərbaycanın Tehrandakı səfirliyinin və Təbrizdəki Baş Konsulluğunun təxliyəsi barədə göstəriş verilib.

Bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "X" platformasında paylaşım edib.

"Son 3 ildə (2023-2026) artıq ikinci təxliyə", - səfir vurğulayıb.

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə bu gün birgə mətbuat konfransında Azərbaycanın Tehrandakı səfirliyinin, eyni zamanda, Təbrizdəki Baş konsulluğunun əməkdaşlarının təxliyəsi ilə bağlı tapşırıqlar verildiyini bəyan edib.
OXŞAR XƏBƏRLƏR