Səfir: "Ukrayna ciddi raket çatışmazlığı ilə üzləşib"

Səfir: "Ukrayna ciddi raket çatışmazlığı ilə üzləşib"
DÜNYA
18:31 09.02.2024
175
Ukrayna ciddi raket çatışmazlığı ilə üzləşib.

Bunu Ukraynanın ABŞ-dəki səfiri Oksana Markarova "Bloomberg”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynada hərbi texnikanın, xüsusən də raketlərin ciddi çatışmazlığı var: "Bizim hələ də döyüşmək istəyən kifayət qədər insanımız var. Başqa seçimiz yoxdur. Amma texnikamız, xüsusilə raketlərimiz tükənir”.

Səfir Senatda Ukrayna, İsrail və Tayvana əlavə yardımın ayrılması haqqında qanun layihəsinə yenidən baxılması qərarını alqışlayıb: "Dəstəyi davam etdirməyin alternativi yoxdur”.

Qeyd edək ki, Ukraynaya yardımın ayrılması ABŞ senatında müzakirə olunur. Yardımın təsdiqlənməsi üçün minimum 60 səsə ehtiyac var.
 
///report
OXŞAR XƏBƏRLƏR