Azərbaycanın Rusiyadakı səfirliyi Azərbaycan vətəndaşının Volqoqradda qətlə yetirilməsi ilə bağlı cinayət işinin gedişini ciddi nəzarətdə saxlayır.
AZXEBER.COM-un məlumatına görə, səfirlikdən AzərTAc-a bildiriblər ki, iyunun 13-də Rusiyanın Volqoqrad şəhərində təhsil alan Azərbaycan Respublikasının vətəndaşı Timur Valeri oğlu Qavriilovun qətlə yetirilməsi ilə bağlı məlumat səfirliyə daxil olan kimi Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinə rəsmi məktub göndərilib. Bundan əlavə, iyunun 14-də səfirlik mərhumun Gəncə şəhərində yaşayan anası və Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinin müstəntiqləri ilə əlaqə saxlayıb. Hadisə ilə bağlı cinayət işi qaldırılıb, məsələ səfirliyin ciddi nəzarəti altındadır.
Səfirlikdən istintaqın gedişi ilə əlaqədar ictimaiyyətə əlavə məlumat veriləcək.