Səfirlik Rusiyadakı qəzada yaralanan azərbaycanlılarla bağlı araşdırma aparır - RƏSMİ

Səfirlik Rusiyadakı qəzada yaralanan azərbaycanlılarla bağlı araşdırma aparır - RƏSMİ
SİYASƏT
17:50 06.01.2019
4447

Rusiyanın Stavropol diyarında Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobus aşıb, yaralanan var.

 

Məlumata əsasən, mikroavtobusda 13 sərnişin olub, onlardan 6-sı xəsarət alıb. 

 

Xarici İşlər Nazirliyindən bildirilib ki, məsələ araşdırılır.

 

"Məlumata görə, mikroavtobusdakı 13 sərnişindən 6-sı xəsarət alıb və dərhal xəstəxanaya yerləşdirilib. Təbii ki, Azərbaycanın Rusiyadakı səfirliyi məsələni diqqətdə saxlayır. Güman ki, gün ərzində sərnişinlərin şəxsiyyəti və digər məslələr barədə informasiya veriləcək”.

 

Qeyd edək ki, Trend-in məlumatına görə,  Azərbaycandan Moskvaya yollanan "Mercedes” markalı mikroavtobus Levokumsk kəndi yaxınlığında aşıb. Xəsarət alanlar yerli xəstəxanaya yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR