Latın Amerikasında seks skandalına görə səfir işdən azad edilib.AZXEBER.COM-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Hondurasın Kolumbiyadakı səfirliyinin binasında keçirilən “seks-parti”-yə görə səfir işdən qovulub.Maraqlıdır ki, səfir Karlos Rodriqes bu zaman ABŞ-da yeni il tətilində olub və bu partidə iştirak etməyib. Rodriqes Hondurasın xarici işlər naziri Arturo Korralesin tələbindən sonra istefa etməli olub. Honduras XİN-i baş verən hadisəni araşdıran xüsusi komissiya yaradıb.“Sky News”-un verdiyi məlumata görə “seks-parti”ni Rodriqesin şəxsi köməkçisi təşkil edib.
Diplomatın və onun dostlarının içkili olmasından istifadə edən fahişələr səfirlikdən 2 kompüter oğurlayıblar. Boqota polisindən verilən məlumata görə, polisə səfirliyin işçiləri zəng ediblər. Hal-hazırda həmin fahişələr axtarışdadır.