Səfirlikdən Fuad Abbasov AÇIQLAMASI

Səfirlikdən Fuad Abbasov AÇIQLAMASI
SİYASƏT
11:35 22.05.2019
8791
Jurnalist Fuad Abbasovun Rusiya Daxili İşlər Nazirliyinin Ximki şəhəri üzrə polis idarəsinin əməkdaşları tərəfindən saxlanılması Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarətindədir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, səfir Polad Bülbüloğlunun göstərişinə əsasən, mayın 20-də səfirliyin konsulluq şöbəsinin əməkdaşları onunla Moskva vilayətinin Korolyov şəhəri üzrə əcnəbilərin müvəqqəti saxlanma mərkəzində görüşüb.

Böyük ictimai narahatlığa səbəb olan bu hadisə ilə bağlı səfirlik tərəfindən bütün lazımi tədbirlər görülür.
OXŞAR XƏBƏRLƏR