Səfurə Əlizadə: 'Gərək mən də Aygün Kazımova kimi soyunum'
MAQAZİN
15:40 26.02.2013
3509
Ötən gün Azərbaycanın “Eurovision” təmsilçisi, müğənni Safura Əlizadənin “Facebook” səhifəsində yazdığı statusla bağlı məlumata reaksiya gəlib.“Qafqazinfo” xəbər verir ki, müğənnin səhifəsində “Gərək mən də Aygün kimi soyunum. Yoxsa başqa cür qabağa getmək mümkün deyil!” yazılmışdı.Məsələ ilə bağlı S. Əlizadənin özü ilə danışmaq istədik. Amma onun telefonuna atası cavab verdi və Safuranın xaricdə olduğunu bildirdi. Atası həmçinin yayılan məlumatlardan xəbərdar olduğunu, amma bunun həqiqət olmadığını deyib: “Safuranın “Facebook”da bir rəsmi səifəsi var. Amma o dünyasında elə söz yazmaz. Kimdirsə onun adından belə bir səhifə açıb və bu sözləri yazıb. Boş şeydir, Safura heç vaxt kiməsə söz atmaz. Özü 3 günə gələcək və bu barədə açıqlamda verəcək”.