Şəhər və rayonlara sərnişin daşıyanların nəzərinə - 50 MANAT CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ

Şəhər və rayonlara sərnişin daşıyanların nəzərinə - 50 MANAT CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ
SOSİAL
15:03 23.02.2024
195
Azərbaycanda bilet-uçot vərəqi olmadan sərnişin daşınması həyata keçirənlər 50 manat cərimələnəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

"Bilet-uçot vərəqi olmadan şəhərlərarası (rayonlararası) müntəzəm sərnişindaşımalarının həyata keçirilməsinə yol verilmir. "Avtomobil nəqliyyatı haqqında” qanuna edilən dəyişikliklərlə əsasən şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarında bilet-uçot vərəqi elektron qaydada doldurulan elektron yol vərəqəsi ilə rəsmiləşdirilir", - deyə məlumatda qeyd olunub.
 

OXŞAR XƏBƏRLƏR