Səhər yatağından qalxmaqda əziyyət çəkənlərin NƏZƏRİNƏ

Səhər yatağından qalxmaqda əziyyət çəkənlərin NƏZƏRİNƏ
SAĞLAMLIQ
17:05 19.05.2025
459
Səhər oyanıb günə başlamaq bəzilərimiz üçün çox çətin ola bilər. İnsanların çoxu səhər oyanan kimi enerjili oyanıb günə təravətli başlamaq üçün qəhvə içsə də, əslində bəzi təbii üsullarla qəhvəyə ehtiyac olmadan günə enerjili başlamaq mümkündür.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən səhərlər rahat oyanmağın təbii üsullarını təqdim edir:
 
İlıq su və limon: Səhər yuxudan duranda ilıq suya bir neçə damcı limon suyu sıxıb içə bilərsiniz. Səhər təzə sıxılmış limonlu su içmək maddələr mübadiləsini sürətləndirir, həzmi dəstəkləyir və zehni təmizləyir. Bütün bu sağlam təsirlərlə günə çox daha enerjili başlaya bilərsiniz.
 
Üzünüzü soyuq su ilə yumaq: Üzünüzü soyuq su ilə yumaq səhərlər ilk işinizi təkrarlamalı olduğunuz bir vərdişdir. Səhər yuxudan duranda üzünüzü soyuq su ilə yumaq üzdə qan dövranını sürətləndirir. Yuxu hissini azaltmağa kömək edir və enerji artımını təmin edir.
 
Təbii işıqla oyanmaq: Səhər günəş işığına məruz qalaraq oyanmaq orqanizmin bioloji saatını tənzimləyir. Eyni zamanda beyninizə səhər olduğu siqnalı göndərilir və melatonin istehsalı azalaraq oyanmağı asanlaşdırır. Bu vərdiş həm də əhval-ruhiyyəni yaxşılaşdırır.
 
Yüngül idman və gərmə hərəkətləri: Günə səhər oyandığınız zaman sadə gərmə hərəkətləri və yüngül məşqlərlə başlamaq bədəndəki enerji səviyyələrini artırır. Əzələləri və zehni stimullaşdıraraq oyanışı təmin edir. Bu yolla günə daha motivasiyalı və enerjili başlaya bilərsiniz.
 
Oksana
OXŞAR XƏBƏRLƏR