AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, uzun müddət ac qalmaq öd kisəsində xolesterinin kristallaşmasına və daşların əmələ gəlməsinə səbəb ola bilər. Bundan əlavə, bu vərdiş sidik turşusunun səviyyəsinin yüksəlməsi riskini də artırır.
Bildirilir ki, insan səhər yeməyini davamlı şəkildə buraxdıqda öd normal şəkildə ifraz olunmur. Nəticədə öd kisəsində xolesterin toplanaraq zamanla daşların yaranmasına gətirib çıxarır. Qeyd olunur ki, öd daşlarının böyük hissəsi məhz xolesterin mənşəli olur.
Sağlam qidalanma üçün gün ərzində 3-4 dəfə yemək, qidalar arasında uzun fasilələr verməmək və oyandıqdan sonra ilk saat ərzində səhər yeməyi qəbul etmək tövsiyə olunur.











































