“Səhərə qədər meşədə qaldım” - İtkin düşən şəhid atası

“Səhərə qədər meşədə qaldım” - İtkin düşən şəhid atası
SOSİAL
23:04 05.05.2025
1389
"Yolu azdım, səhərə qədər meşədə qaldım”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri "Unikal”a Daşkəsəndə meşədə itkin düşən şəhid atası, Kəlbəcər rayon sakini Kamil Abdullayev bildirib. 

Vətən müharibəsi şəhidi Şəhriyar Abdullayevin atası necə itkin düşməsindən danışıb:

"Hava dumanlı idi, yolu azdım evə gedə bilmədim. Dünən səhər saat 8-də Bayan kəndinin yaxınlığında olan meşədən çaşır yığmağa getdim. Birdən duman gəldi. Saat 5-də qızımla danışdım, dedim, gəlirəm. Qarşıma 5-6 dənə çaşır çıxdı. Dedim, bunu da yığım, sora gedim evə. Anidən duman gəldi, güclü yağış yağdı. Mən də bilmədim hansı tərəfə gedim. Telefonumda da  enerji az idi deyə söndürdüm. Həm də telefonda şəbəkə tutmurdu ki, kiməsə zəng edim. Səhərə qədər meşədə qaldım. O qədər aşağı-yuxarı yol getdim, yoruldum. Yol tapa bilmirdim ki, bir tərəfə çıxım. Bu gün tezdən 5-in yarısı idi. Duman çəkiləndən sonra yola davam elədim. Meşə ilə bir qədər gedəndən sonra Göygöl rayonunun Danayeri kəndinə gedib çıxdım. Burada da Daşkəsən və Göygöl Rayon Polis Şöbələrinin əməkdaşları məni tapdılar. Sağ-salamat ailəmə təhvil verdilər”.

Şəhid atası Kamil Abdullayev qeyd edib ki, hazırda səhətində heç bir problem yoxdur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəncədə 44 yaşlı kişi ov tüfəngi ilə qətlə yetirildi - Oğlu SAXLANILDI
09:22 12.03.2026
Gəncədə 44 yaşlı kişi ov tüfəngi ilə qətlə yetirildi - Oğlu SAXLANILDI
Tramp İranı elektrik şəbəkəsini məhv etməklə hədələdi
09:04 12.03.2026
Tramp İranı elektrik şəbəkəsini məhv etməklə hədələdi
Antonio Koştanın Azərbaycana səfəri başa çatdı - Fotolar
08:56 12.03.2026
Antonio Koştanın Azərbaycana səfəri başa çatdı - Fotolar
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:51 12.03.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Vətəndaş xəbəri olmadan adına 6000 manatlıq məişət texnikası götürüldüyünü iddia edib - VİDEO
07:32 12.03.2026
Vətəndaş xəbəri olmadan adına 6000 manatlıq məişət texnikası götürüldüyünü iddia edib - VİDEO
SEPAH: İran tezliklə sualtı raketlər tətbiq edə bilər
04:47 12.03.2026
SEPAH: İran tezliklə sualtı raketlər tətbiq edə bilər
FTB Kaliforniyada İran PUA-ları ilə bağlı xəbərdarlıq yayıb
03:22 12.03.2026
FTB Kaliforniyada İran PUA-ları ilə bağlı xəbərdarlıq yayıb
Bu döngələr sürücülər üçün təhlükə yaradır - VİDEO
01:37 12.03.2026
Bu döngələr sürücülər üçün təhlükə yaradır - VİDEO
BMT İran əleyhinə qətnamə qəbul etdi - Bu ölkələr bitərəf qaldı
01:08 12.03.2026
BMT İran əleyhinə qətnamə qəbul etdi - Bu ölkələr bitərəf qaldı
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
00:49 12.03.2026
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
00:37 12.03.2026
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
00:03 12.03.2026
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
23:56 11.03.2026
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
23:48 11.03.2026
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
23:36 11.03.2026
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO
23:27 11.03.2026
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO