"Mən küçəyə zibil atanları, siqaret kötüyü atanları, konfet yeyib qabığını atanları, maşının pəncərəsindən küçəyə suyun plastik qabını atanları bəyənmirəm və onları şiddətlə qınayıram”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.
Deputat qeyd edib ki, şəhəri zibilləyənlərin cərimələnməsi labüddür və bu cür qərarları alqışlamaq lazımdır:
"Şəhəri zibilləmək evi zibilləmək deməkdir. Ona görə də, şəhəri zibilləyənlərin cərimələnməsi labüddür və bu cür qərarları alqışlamaq lazımdır. Bəzən görürsən ki, gözəl, səliqəli bir parkda skamyada bir nəfər gənc və ya yaşlı şəxs oturub günəbaxan tumunu çırtlayır, ayağının altına tökür, yerə səpələyir. Oranı təmizləyən yazıq xadimə qadınlar da gəlib onu süpürür. Onlara irad bildirəndə də kobud cavab verirlər. Mən özüm bir neçə dəfə bu cür şəxslərə yaxınlaşmışam, onlara iradımı bildirmişəm ki, günəbaxan tumunu çırtlayıb ayağının altına tökmək, parka tökmək, ətrafa səpələmək qəbuledilməzdir”.
Deputat qeyd edib ki, mən bu sahədə ciddi cərimə cəzalarının tətbiq edilməsinin lehinədir:
"Ona görə də, mən bu sahədə ciddi cərimə cəzalarının tətbiq edilməsinin lehinəyəm. Qoy, hər kəs istifadə etdiyi şüşələri, plastik qabları günəbaxan tumlarını, siqaret kötüklərini cibinə, əlinə yığsın, zəhmət çəkib on metr kənara gedib zibil qutusuna atsın. Daha maşının şüşəsini endirib ağacların dibinə atmasın, çaya, dənizə atmasın. Bunlar yolverilməzdir, bu, təbiətə qarşı düşmənçilikdir, ölkəmizə qarşı nalayiq hərəkətdir”.
Aydın Nuri