"Səhərlər mənə düşmür, atamı, bacı və 2 övladımı itirdim" - Əlikram Bayramov

"Səhərlər mənə düşmür, atamı, bacı və 2 övladımı itirdim" - Əlikram Bayramov
MAQAZİN
17:39 28.06.2017
2185
ARB TV-nin "Gəlin danışaq" verilişinin növbəti qonağı müğənni Əlikram Bayramov olub.
 
Müğənni ilk olaraq həyatındakı ağır itkilərdən söz açıb:

"2 yaşımda atamı itirmişəm, sonra anamı itirmişəm, cavan bacımı itirmişəm. Bir qardaşım qalıb, bir bacım. Amma xoşbəxtəm həyatda. 2 nəvəm var. Yaşamağa dəyər. Bacımı erkən yaşda itirdim. 2 uşağı qaldı. Allaha şükür hər ikisi ailə qurub".

Sənətçi daha sonra məktəb vaxtlarındakı acı xatirələrdən danışıb:

"31 şagird idik məktəbdə. 1-ci sinifə gedən günümü heç vaxt unutmuram. Hamını atası gətirmişdi, məni anam gətirmişdi. O vaxta kimi anam və qardaşım mənə atasızlığı hiss elətdirməmişdi. Amma həmin günü anam əlimdən tutub məni məktəbə aparanda uşaqları atalarının gətirdiyini gördüm. Həmin günü dərsə girmədim. Anamdan soruşdum ki, atam hanı? Onda hiss elədim ki, atam yoxdur. Evə gəldim sonra əmilərim,dayılarım gəlib dedilər ki, sən get məktəbə, atan gələcək. O vaxt məktəbdə uşaqlara yardım edirdilər, atasız uşaqlara pal-paltar verirdilər. 31 uşağın içində mənə verdilər. O vaxtlar müəllimlərdən də inciyirdim ki, heç olmasa bunu arxada verərdin. Anam təndir salırdı. Gəldim, həmin paltarları mən atdım təndirə. Mən onu geyinmiş olsaydım, elə bilirdim ki, uşaqlar deyəcək ki, bunu veriblər buna geyinir. Uşaqkən adam elə olanda çox zərbə görür. Atasızlıq çox çətindir. 6-cı sinifdən mən başladım işləməyə. Öz paltarlarımı özüm almağa qərar verdim. Anam çatdıra bilmirdi, 4 uşaq idik. Məktəb verdiyi paltarları geyinsəm uşaqlar da lağ edirdi. Bir söz tərs gələn kimi başıma qaxardılar. Mən də onu qəbul edə bilmiridm. Elə olurdu məktəbə həftələrlə getmirdim. Uşaqlar bir-birini təbrik edirdi, pul çatdırıb qızı təbrik edə bilmirdim. 8 martda, 23 fevralda gizlənirdim. Nə heç kim məni təbrik etsin, nə də mən kimisə təbrik edim. Uşaq var idi ki, atalı idi çox şey alırdı, amma mən o cılız hədiyyəni verməkdə utanırdım".

Əlikram Bayramov sonda səhərlərdən qorxduğunu qeyd edib:

"Həyatımda nə olubsa, səhərlər olub. Atamı da səhər gətiriblər, bacım da səhər rəhmətə gedib, anam da səhər-səhər huşunu itirib, axşama çəkmədi heç. Səhər oyananda həmişə qorxmuşam. 3 acı da mənə səhərlər dəyib. Mənim övladlarım dünyaya gəldi, 2 övladım mənim səhər rəhmətə gedib. Səhər adam xoş söz eşidər. Səhərlər qorxa-qorxa oyanmışam. Səhər evdən çıxan adama dualar eləmək lazımdır ki, geri dönsün. Oğluma deyirəm ki, çalış bədmin oyanma. Bir yerin ağrıyanda da çalış onu biruzə vermə".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda bu şagirdlər pulsuz məktəbli formaları alacaq
14:45 08.07.2025
Azərbaycanda bu şagirdlər pulsuz məktəbli formaları alacaq
Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqlənib
14:28 08.07.2025
Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqlənib
Peskov: Yeni sanksiyalar olacağı təqdirdə, onların nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik
14:20 08.07.2025
Peskov: Yeni sanksiyalar olacağı təqdirdə, onların nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik
Bu hallarda xəbərdarlıq edilmədən qaz kəsilməyəcək
13:48 08.07.2025
Bu hallarda xəbərdarlıq edilmədən qaz kəsilməyəcək
Binədə qadının evindən 10 kq narkotik çıxdı - Video
13:33 08.07.2025
Binədə qadının evindən 10 kq narkotik çıxdı - Video
AccessBank Lənkəran filialının damının əsaslı təmiri üzrə tender elan edir
13:11 08.07.2025
AccessBank Lənkəran filialının damının əsaslı təmiri üzrə tender elan edir
Sabah yağış yağacaq
13:03 08.07.2025
Sabah yağış yağacaq
DTX məlumat yaydı - Videomüşahidə kameralarına kibermüdaxilələrin qarşısı alınıb
13:01 08.07.2025
DTX məlumat yaydı - Videomüşahidə kameralarına kibermüdaxilələrin qarşısı alınıb
Türkiyəli iş adamı məşhur iqamətgah üçün 26 milyon ödədi
12:33 08.07.2025
Türkiyəli iş adamı məşhur iqamətgah üçün 26 milyon ödədi
Sabit aylıq tarif hər bir abonent üçün 1 manatı aşmayacaq
12:10 08.07.2025
Sabit aylıq tarif hər bir abonent üçün 1 manatı aşmayacaq
Kazino oyunlarının təşkilatçılarına dair qayda müəyyənləşir
11:57 08.07.2025
Kazino oyunlarının təşkilatçılarına dair qayda müəyyənləşir
MM QHT-lərlə bağlı yeni cərimələri son oxunuşda qəbul etdi
11:56 08.07.2025
MM QHT-lərlə bağlı yeni cərimələri son oxunuşda qəbul etdi
Əhməd İsmayılov: Medianın peşəkarlığının artırılması informasiya siyasətinin prioritetlərindəndir
11:50 08.07.2025
Əhməd İsmayılov: Medianın peşəkarlığının artırılması informasiya siyasətinin prioritetlərindəndir
Rusiyalı məşhur müğənni Burak Özçivit ilə - FOTO
11:47 08.07.2025
Rusiyalı məşhur müğənni Burak Özçivit ilə - FOTO
Bank Respublika Beyləqanda yeni filialını açdı - FOTOLAR
11:46 08.07.2025
Bank Respublika Beyləqanda yeni filialını açdı - FOTOLAR
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqlədi
11:41 08.07.2025
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqlədi