Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış aktyor Fuad Poladov hazırda ev şəraitində müalicəsini davam etdirir.
AZXEBER.COM xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlama verən aktyor ilin sonunda yenidən müayinə olunacağını bildirib.
"Ev şəraitində müalicə alıram. Bu, uzunmüddətli müalicədir. Hələ ki, səhhətimdə gözlə görünəcək, hiss ediləcək dərəcədə böyük bir irəliləyiş yoxdur”, - deyə o bildirib.
Xatırladaq ki, F.Poladov qırtlaq xərçəngindən əziyyət çəkir.